“Qarabağ”dan 150-ci böyükhesablı qələbə
Bakı, 28 oktyabr, AZƏRTAC
“Qarabağ” Azərbaycan çempionatlarında 150-ci böyükhesablı qələbəsini qazanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu yubiley Misli Premyer Liqasının XI turuna təsadüf edib. Ağdam klubu öz meydanında “Şamaxı”nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. 1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “Qarabağ” ən çox böyükhesablı qələbə qazanan komandadır.
Qeyd edək ki, ağdamlıların ilk belə qalibiyyəti 1992-ci il mövsümünə təsadüf edib. “Qarabağ” mayın 6-da evdə Kürdəmir “Şirvan”ına 6:0 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]