Qardaşını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Bakı, 5 yanvar, AZƏRTAC
Ötən il oktyabrın 12-də Yevlax rayonu ərazisində 1973-cü il təvəllüdlü Vüqar Əsədovun öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ibtidai istintaq zamanı 1971-ci il təvəllüdlü Elşad Əsədovun aralarında yaranmış mübahisə zamanı qardaşı Vüqar Əsədova xuliqanlıq niyyəti ilə bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Toplanmış sübutlar əsasında Elşad Əsədova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və digər maddələri ilə ittiham elan olunub.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:03]
Komitə sədri Şuşada vətəndaşların müraciətlərini dinləyib
- 16.06.2026 [15:53]
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
- 16.06.2026 [15:44]