Azərbaycan Dövlət İnformasiya Agentliyi

QARS MÜQAVİLƏSİNƏ “MƏXFİ PROTOKOL” – ERMƏNİ TƏBLİĞATININ NÖVBƏTİ “KƏŞFİ”

Berlin, 8 may (AZƏRTAC). Aprelin 30-da REGNUM informasiya agentliyi “Türkiyə Ermənistanı “tapdalayaraq” Naxçıvana girməyə hazırdır” sərlövhəli məqalə dərc etmişdir. Məqalənin sonuncu abzasında deyilir: “Ermənistan Qars sazişini ratifikasiya etməmişdir və həmin saziş imzalanan andan onun əleyhinədir. Qars müqaviləsinin 5-ci maddəsində Azərbaycanın Naxçıvan Muxtar Respublikası üzərində himayədarlığı barədə qeyd-şərt vardır. Bundan əlavə, həmin sənədə əsasən Türkiyə və Rusiya iki müsəlman muxtariyyətinin - Naxçıvanın və Acarıstanın mövcudluğuna qarant kimi çıxış edir. Sənəd 1922-ci il sentyabrın 11-də qüvvəyə minmişdir. O, preambula, 20 maddə və 3 əlavədən ibarətdir. Müqavilənin qüvvədə olma müddəti barədə qeyd-şərt yoxdur. Lakin bəzi məlumatlara görə, həmin müqaviləyə aid əlavə məxfi protokollar mövcuddur. Bu protokollarda, o cümlədən, müqavilə müddəalarının 25 il qüvvədə olması göstərilirdi. Beləliklə, Azərbaycanın Naxçıvan vilayəti üzərində “himayədarlığı” barədə ifadə bu muxtar qurumun birmənalı olaraq Azərbaycanın tərkibinə daxil olmasından bir qədər fərqli olan başqa məna kəsb edir”.

1921-ci il Qars müqaviləsinin Ermənistan tərəfindən təkrar ratifikasiya edilməsi məsələsi mətbuatda ilk dəfə qaldırılmır. Məsələn, 2009-cu il sentyabrın 2-də elə həmin REGNUM informasiya agentliyinin dərc etdiyi “Qars müqaviləsi: “kolluqda royal”, yoxsa “öküzün altında buzov?” sərlövhəli yazı dərc edilmişdi. Həmin yazıda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Yerevanda keçirdiyi mətbuat konfransından bəhs edilir və göstərilirdi ki, nazir mətbuat konfransında demişdir: “Yerevan ilə Ankara arasında diplomatik münasibətlər yaradılması haqqında Protokoldan irəli gələn Ermənistanın Türkiyənin dövlət sərhədini tanıması Ermənistanın Qars müqaviləsini tanımasını nəzərdə tutmur”. Həmin məlumatın sonuncu abzasında belə bir “tarixi arayış” verilmişdi: “Qars müqaviləsi 1921-ci il oktyabrın 13-də Kamalçı Türkiyə ilə Zaqafqaziya Sovet respublikaları arasında konfrans başa çatandan sonra bağlanmışdır. Müqaviləyə əsasən, o cümlədən Ermənistanın indiki sərhədləri müəyyən edilmişdir. 1920-ci il Ermənistan-Türkiyə müharibəsi zamanı Türkiyə tərəfinin işğal etdiyi Qars və İqdır vilayətləri Türkiyəyə, ermənilərin məskunlaşdığı keçmiş Naxçıvan vilayəti Azərbaycana keçmişdir. Müqaviləyə əsasən Ermənistan ərazisi azalaraq 29 min kvadratkilometr olmuşdur. Sovet İttifaqı dağılandan sonra Ermənistan həmin sənədi ratifikasiya etməmişdir”.

REGNUM informasiya agentliyində həmin “arayış”ın dərc edilməsi hiddət doğurardı, lakin bu “arayış” ermənilərin news.am xəbərlər nəşri tərəfindən tarixi faktların sərbəst interpretasiyasını olduğu kimi təkrarlamış, üstəlik, sitatlarda dırnaq işarələrindən və istinadlardan istifadə edilməmişdir (bax.: http://news.am/ru/news/3589.html).

Ermənilərin məskunlaşdığı “keçmiş Naxçıvan vilayəti Azərbaycana keçmişdir” ifadəsi tarixi həqiqətin təhrif edilməsidir. “Keçmək” feli o deməkdir ki, müəyyən əşya əvvəllər onun təzə yerində, necə deyərlər, “dayanmamışdı”, bu kontekstdə həmin feli işlətməkdən məqsəd elə təsəvvür yaratmaqdır ki, guya Naxçıvan azərbaycanlıların çoxluq təşkil etdiyi Azərbaycana hədiyyə edilmişdir. Xatırladaq ki, elə həmin 1921-ci ildə Qarabağ da eynilə bu qayda ilə Azərbaycana “verilmişdi”, hərçənd Qafqaz bürosunun plenumunun qətnaməsində birmənalı şəkildə qeyd edilmişdir ki, vilayət Azərbaycanın tərkibində “qalır” (bax: http://vugar-seidov.azeris.com/?p=139).

Tarixi arayışlar tərtib edərkən tarixi prosesin gedişini və faktları sərbəst interpretasiya etmək yolverilməzdir, daha çox mənbələrə əsaslanmaq lazımdır. 1921-ci il 16 mart tarixli Moskva müqaviləsinin III maddəsində heç bir “keçmək” barədə söhbət getmirdi. Həmin maddə bu şəkildə təsbit edilmişdi: “Razılığa gələn tərəflərin hər ikisi razılaşır ki, Naxçıvan vilayəti bu müqaviləyə (C) əlavəsində göstərilmiş sərhədlər daxilində Azərbaycanın himayədarlığı altında muxtar ərazi təşkil edir, bu şərtlə ki, Azərbaycan bu protektoratı hər hansı üçüncü dövlətə güzəşt etməyəcəkdir. Naxçıvan ərazisinin Araz çökəkliyi, Qərbdə isə Dəhnə dağı (3829), Vəli dağ (4121), Bağırzaq (6587), Kömürlü dağ (6930) dağlarından keçən xətt arasında üçbucaq yaradan zonasında göstərilən ərazinin Kömürlü dağdan (6930) başlayan, Saray-Bulaq (8071) dağından və Ararat stansiyasından keçərək və Qara Su çayının Araza qovuşduğu yerdə qurtaran sərhəd xətti Türkiyə, Azərbaycan və Ermənistan nümayəndələrindən ibarət komissiya tərəfindən təshih ediləcəkdir”.

Məqalədə Naxçıvanın guya “ermənilərin məskunlaşdığı” yer kimi göstərilməsi də təəccüb doğurur. Əgər erməni icmalarının mövcud olduğu bütün əraziləri “ermənilərin məskunlaşdığı” yerlər hesab etsək, onda Argentina və Hindistan da bu qəbildən olacaqdır - bu gün həmin ölkələrdə də ermənilərin yaşaması sirr deyil. Lakin news.am agentliyindən sitat gətirən REGNUM informasiya agentliyi bircə kəlmə də demir ki, o vaxt Naxçıvanda ermənilərdən savayı, azərbaycanlılar da məskunlaşmışdı, hərçənd 1939-cu ilə qədər onları bir qədər başqa cür adlandırırdılar. Hətta mübaliğəyə ən çox meyil edən erməni müəlliflərin ən “səxavətli” qiymətləndirmələrinə görə də həmin illərdə erməni əhalisinin sayı 40 faizdən çox deyildi (çar hökumətinin statistikasına görə, bu rəqəm xeyli aşağıdır). Əcəba, bəs necə olur ki, Naxçıvan “ermənilərin (yalnız onların - V.S.) məskunlaşdığı” yer adlandırılır.

Statistikadan söz düşmüşkən, elə erməni tarixçilərinin tədqiqatlarına müraciət edək. Məsələn, Kolumbiya Universitetinin professoru Corc (Gevork) Burnutyan yazır: “Bəzi erməni tarixçiləri 1830-cu illərdən sonrakı statistika barədə danışarkən Şərqi Ermənistanda (Burnutyan “Şərqi Ermənistan və ya İran Ermənistanı” dedikdə, Arpaçaydan şərqdəki ərazini nəzərdə tutur) İran hakimiyyəti illərində (yəni 1828-ci il Türkmənçay müqaviləsinə qədər - V.S.) ermənilərin sayını düzgün qiymətləndirmir, bu göstəricinin əhalinin ümumi sayının 30-50 faizi olması barədə rəqəmlər gətirirlər. Həqiqətdə isə rəsmi statistik məlumatlara görə, Şərqi Ermənistanın Rusiya tərəfindən işğalından sonra ermənilərin sayı əhalinin ümumi sayının 20 faizindən də aşağı olmuşdur. Hər halda Rusiya bu ərazini fəth edənə qədər (1828-ci il - V.S.) burada ermənilər heç vaxt çoxluq təşkil etməmişdir. Düzdür, Kameral təsvirə görə, Şərqi Ermənistanın bir neçə mahalında ermənilər çoxluq təşkil etmişdir, lakin bu dəyişiklik həmin regiondan 35 mindən çox müsəlman mühacirət edəndən sonra baş vermişdir. Beləliklə, İran administrasiyası illərində heç bir mahalda ermənilərin çoxluq təşkil etdiyini göstərən heç bir sübut yoxdur. Ermənilərin yerli səviyyədə çoxluq təşkil etdiyi yeganə yer Üç kilsə (Eçmiədzin) (Üç Müədzin - V.S.) deyilən erməni dini mərkəzinin yerləşdiyi Qərbibasar mahalı olmuşdur. 1832-ci ilə qədər minlərlə müsəlmanın oradan getməsi, İrandan və Osmanlı imperiyasından 57 min erməni mühacirin buraya gəlməsindən sonra xristian əhalinin sayı xeyli artmış və müsəlmanların sayına bərabər olmuşdur. Bununla belə, yalnız 1855-56-cı və 1877-78-ci illərin Rusiya-Türkiyə müharibələrindən sonra Osmanlı imperiyasından bu regiona daha çox erməni gəlmiş, buradan isə daha çox müsəlman getmiş və yalnız bundan sonra həmin ərazidə ermənilər əhalinin əksəriyyətini təşkil etmişlər. Hətta bundan sonra da XX əsrin əvvəlinə qədər İrəvan şəhəri əsasən müsəlman şəhəri idi” (bax: Corc Burnutyan. XIX əsrin birinci yarısında Şərqi Ermənistanda etnik tərkib və sosial-iqtisadi vəziyyət) The Ethnic Composition and the Socio-Economic Condition of Eastern Armenia in the First Half of the Nineteenth Century), «Закавказье: национализм и социальные изменения» (Transcaucasua, Nationalism and Social Change. Essays in the History of Armenia, Azerbaijan, and Georgia) kitabında. Red. Ronald Grigor Suni, 1996, ss. 77-80.)

Erməni tarixçinin öz əsərində sitat gətirdiyi statistik məlumatlara görə, 1826-cı ildə İrəvan xanlığında 54.810 türk, 25.237 kürd, 20.073 erməni və burada yerləşdirilmiş hərbi qulluqçular və administrasiya sırasından təqribən 10.000 fars yaşayırdı. Naxçıvan xanlığında 17.138 türk və kürd (birlikdə), hərbi-mülki administrasiyadan olan təqribən 3.000 fars və 2.690 erməni var idi. Ordubadda isə 7.664 müsəlman və 2.388 erməni yaşayırdı. Beləliklə, 1826-cı ilin məlumatlarına görə, Şərqi Ermənistanda cəmi 117.849 müsəlman və 25.151 erməni yaşayırdı.

Təqribən altı il müddətində demoqrafik mənzərə kəskin dəyişir. Belə ki, 1832-ci il üçün olan məlumata görə, İrəvan regionunda (artıq xanlıq deyil, region) sakinlərin milli say nisbəti belə idi: 65.280 erməni, 49.875 türk və 7.813 kürd; Naxçıvan regionunda 17.138 müsəlman və 13.369 erməni, Ordubadda isə, müvafiq surətdə 7.247 müsəlman və 3.728 erməni var idi. 1832-ci il üçün olan məlumata görə, bütün Şərqi Ermənistanda artıq 82.073 müsəlman və 82.377 erməni yaşayırdı (onlardan 25.151 nəfəri yerli ermənilər, 35.560 nəfəri İrandan gəlmələr, 21.666 nəfəri Türkiyədən gəlmə ermənilər idi).

Başqa sözlə desək, cəmi 6 il müddətində bu “əzəli erməni” torpağında müsəlmanların sayı təqribən əvvəlkinin üçdəbiri qədər azalmış, gəlmələr hesabına ermənilərin sayı isə 3,5 dəfə (!) artmış və yalnız bundan sonra müsəlmanlarla ermənilərin say nisbəti bərabərləşmişdi. Erməni tarixçi bu demoqrafik dinamikanı şərh edərək yazır: “Statistik məlumatlardan göründüyü kimi, Şərqi Ermənistan Rusiya tərəfindən fəth edilənə qədər burada ermənilər bütün əhalinin təqribən 20 faizini, müsəlmanlar isə 80 faizini təşkil edirdi. Rusiya bu ərazini ilhaq edəndən sonra İrandan və Osmanlı imperiyasından 57 min erməni mühaciri buraya gəlmiş və 35 min müsəlman Şərqi Ermənistanı tərk etmişdir. 1832-ci ildə ermənilər bütün əhalinin yarısını təşkil edirdi” (İbid, s.79).

Qars müqaviləsinin Ermənistan Respublikası tərəfindən “ratifikasiyasının baş tutmaması” məsələsinə gəldikdə isə qeyd etmək yerinə düşər ki, ittifaq dövləti buraxılandan sonra Sovet illərində bağlanılmış bütün beynəlxalq müqavilələr “susmaya görə” qüvvədə qalan hesab edilir və onların müstəqil postsovet dövlətləri tərəfindən təkrar ratifikasiya edilməsi tələb olunmurdu. Bu sözlər Qars müqaviləsinə də aiddir. Ermənistan həmin müqavilə üzrə öhdəliklərdən özünü azad etmək üçün ondan əsla tələb edilməyən təkrar ratifikasiyadan imtina etmək əvəzinə bu müqaviləni parlament səviyyəsində ləğv etməli və özünün həmin müqavilədən çıxmasını rəsmi şəkildə bildirməlidir. Məlum olduğu kimi, Ermənistan bunu etməmişdir. Ona görə də zəhmət çəkin, müqaviləyə riayət edin.

Axı SSRİ buraxılandan sonra RF Dövlət Duması 1867-ci ildə imperator II Aleksandr tərəfindən Şimali Amerikada əvvəllər Rusiyaya məxsus olmuş Alyaskanın satılması barədə müqaviləni ratifikasiya etmədiyini əsas götürərək Moskva Alyaskanı ABŞ-dan geri tələb etmir. Erməni müəlliflərin məntiqinə görə, 1828-ci ildə ermənilərin Zaqafqaziyaya köçürülməsini də hazırda qüvvədə olan miqrasiya qaydalarının pozulması hesab etmək olar, çünki 1979-cu il İslam inqilabından və 1991-ci il Belovejsk paktından sonra İran İslam Respublikası və Rusiya Federasiyası Türkmənçay müqaviləsinin ratifikasiya edilməsini “unutmuşlar”... Axı Azərbaycan təkcə buna əsaslanaraq Zəngəzurun qaytarılmasını Ermənistandan tələb etmir ki, Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndən sonra Azərbaycan Respublikasının Milli Məclisi bu vilayətin Ermənistana verilməsi haqqında Azərbaycan İnqilab Komitəsinin 2 dekabr 1920-ci il tarixli qərarını ratifikasiya etməmişdir. Bu halda 1945-ci il Potsdam sülh konfransının bütün qərarları da qüvvəsini itirməlidir, çünki 1991-ci ildə İttifaq dövləti dağılandan sonra Ukrayna SSR-in, Belarusiya SSR-in və Moldaviya SSR-in yerində yaradılmış müstəqil dövlətlər SSRİ-nin Polşa və Rumıniya ilə müharibədən sonrakı sərhədləri ilə əlaqədar müddəaları ratifikasiya etməmişlər. Elə 1923-cü ildə yaradılmış Türkiyə Respublikası da Küçük-Kaynarçı (1774), Yassı (1791) və bir sıra başqa beynəlxalq müqavilələrin parlament tərəfindən ratifikasiya edilməməsi faktına istinad edərək, ucsuz-bucaqsız ərazilərin ona qaytarılmasını rahatca tələb edə bilər.

Ermənistan xarici siyasət idarəsinin son iki rəhbərinin bir-birinə daban-dabana zidd olan bəyanatları ilə bağlı vəziyyət isə lap gülünc görünür. 2007-ci ilin oktyabrında Ermənistanın ovaxtkı xarici işlər naziri Vardan Oskanyan Budapeştdə Mərkəzi Avropa Universitetində çıxışında bəyan etmişdir ki, onun Qars müqaviləsini imzalamış ölkəsinin Türkiyəyə ərazi iddiaları yoxdur və o, həmin müqaviləyə sadiq qalır. İndi isə yeni nazir Edvard Nalbandyan Ermənistan tərəfindən Türkiyənin dövlət sərhədlərinin və Qars müqaviləsinin tanınmasını müxtəlif səmtlərə yönəltməyə çalışır. Əgər bu həqiqətən belədirsə, tezliklə dünya bu dövlətin orijinal xarici siyasət ənənəsinin şahidi olacaqdır. Belə çıxır ki, Ermənistanın diplomatik irsi təkcə dövlət quruluşunun dəyişməsi ilə əlaqədar deyil, həm də Xarici İşlər Nazirliyinə hər dəfə yeni başçı təyin ediləndə yenidən təsdiq edilməlidir.

Nəhayət, 30 aprel tarixli məqalədə guya Qars müqaviləsinin qüvvədə olması üçün 25 illik müddət müəyyən edilən hansısa “məxfi protokol” barədə. Bu “məxfi protokol” Naxçıvana çoxdan göz dikmiş qüvvələrə xidmət edən məqalə müəllifinin “kəşfindən” (və ya sadəcə onun fantaziyasının məhsulundan) başqa bir şey deyildir. Azərbaycan diplomatları və politoloqları bu cür mücərrəd mövzuların müzakirəsinə əsla vaxt sərf etmək istəmirlər. Əgər siz hansısa “məxfi protokol” barədə danışırsınızsa, zəhmət çəkin, onu masa üstünə qoyun, onda danışarıq.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb