QAXDA BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜ MÜNASİBƏTİLƏ TOPLANTI KEÇİRİLMİŞDİR
Qax, 4 mart (AZƏRTAC). 5 mart - Bədən tərbiyəsi və idman günü münasibətilə Qax Rayon Təhsil Şöbəsinin akt zalında idman ictimaiyyətinin toplantısı keçirilmişdir.
Rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə ölkəmizdə Bədən tərbiyəsi və idman gününün təsis edilməsini dövlətin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsi olduğunu bildirmiş, rayon idmançılarının 2008-ci ildə respublika və beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlar barədə danışmışdır.
Tədbirin sonunda bir qrup idmançıya, onların məşqçilərinə, habelə rayon uşaq-gənclər idman məktəbi və Olimpiya Ehtiyatları Liseyi Qax filialının kollektivlərinə fəxri fərmanlar təqdim edilmişdir.
Bədən tərbiyəsi və idman günü ilə əlaqədar rayonda idman tədbirləri davam edir. Martın 4-də Qax şəhərində 300 nəfərə yaxın yeniyetmə və gəncin iştirakı ilə kross yarışı keçirilmişdir. Yarışın qalibləri idarənin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar. Əlamətdar gün münasibətilə rayonda futbol və voleybol turnirləri də keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]