Qazax teatrı Novruz bayramına həsr olunan tamaşa təqdim edib
Qazax, 21 mart, Vüsalə Cənnətova, AZƏRTAC
Qazax Dövlət Dram Teatrının kollektivi Novruz bayramında balaca tamaşaçılarını sevindirmək üçün hazırlanan yeni tamaşanı təqdim edib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, “Ünsürlərin sirri – Bulağın sehri” adlı nağıl-tamaşa təbiətin oyanışını özünəməxsus şəkildə ifadə edir. Səhnə əsəri balaca tamaşaçılar tərəfindən maraqla qarşılanıb, aktyorların performansı alqışlarla müşayiət olunub.
Ceyhun Vəlizadənin eyni adlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Allahverdi Musayevdir. Rolları Xaqan Qurbanov, Ceyhun Vəlizadə, Rüfət Ömər, Aytac Cəfərova, Zəmanə Dərviş, Vüsal Hüseynov, Məmməd Hacalıyev, Əhməd Musayev ifa edirlər.