Qazaxıstan “Anka” PUA-sının sınaq istismarına hazırlaşır
Bakı, 25 iyul, AZƏRTAC
Qazaxıstanın Cambul vilayətində Türkiyənin “Anka” pilotsuz uçuş aparatı sınaqdan keçirilir, bundan sonra onun sınaq istismarı başlayacaq.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Silahlı Qüvvələrinin “Sarbaz” nəşrinin məlumatına görə, “Anka” PUA-sının 2023-cü ilin avqust ayına nəzərdə tutulan sınaq istismarı 2024-cü ilin martınadək davam edəcək.
Uçuş testləri respublikanın hərbi hissələrindən birinin texniki mühəndisləri tərəfindən PUA-nın istehsalçısı - “Turkish Aerospace Industries” kompaniyasının nümayəndələrinin iştirakı ilə keçirilir.
Bu il mayın 10-da Ankarada “Kazakhstan Engineering” və “Turkish Aerospace” kompaniyaları arasında hərbi-texniki əməkdaşlığa dair memorandum imzalanıb. Sənədə əsasən Qazaxıstanda “Anka” PUA-larının istehsalı və texniki xidməti təşkil olunacaq.
“Anka” pilotsuz uçuş aparatı 350 kiloqram yüklə 9,1 min metr yüksəkliyə qalxa, 30 saata qədər havada qala və saatda 200 kilometr sürətlə uça bilən döyüş PUA-sıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]