Qazaxıstanda koronavirus pandemiyası səbəbi ilə ictimai tədbirlər ləğv edilib
Nur-Sultan, 12 mart, AZƏRTAC
Qazaxıstan Dünya Səhiyyə Təşkilatının koronavirusla bağlı pandemiya elan etməsi fonunda xüsusi profilaktik tədbirləri həyata keçirməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, ölkə başçısı Kasım-Jomart Tokayev qlobal koronavirus pandemiyası səbəbindən Qazaxıstanda ictimai tədbirləri ləğv edib .
Qeyd edək ki, bu günə qədər koronavirus 124 ölkəyə yayılıb. COVID-19 virusuna yoluxanların sayı 126 380 nəfərə, ölənlərin ümumi sayı 4 634-də çatıb.
Hazırda Qazaxıstanda koronavirus infeksiyasına yoluxma hadisəsi qeydə alınmayıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:14]
Qara dənizdə gəmidə yanğın olub, 7 nəfərin axtarışı aparılır
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]