Qazaxıstanda məktəblilərin yaz tətili vaxtından əvvəl başlayacaq
Nur-Sultan, 12 mart, AZƏRTAC
Qazaxıstan dünyada yayılan koronavirusun pandemiya kimi tanınması ilə əlaqədar profilaktik tədbirlər görür. AZƏRTAC xəbər verir ki, ölkənin Təhsil Nazirliyi orta məktəb şagirdlərinin bu il martın 16-dan aprelin 5-dək yaz tətili keçirəcəklərini açıqlayıb. Ali məktəb tələbələri distant təhsilə keçəcəklər. Dövlətin “Bolaşak” proqramı ilə xarici ölkələrdə təhsil alanlar Qazaxıstana qaytarılacaq.
Bundan əlavə, ticarət mərkəzlərində yerləşən kinoteatrlar müvəqqəti işləməyəcək. Ölkə başçısının qərarı ilə Qazaxıstanda kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:14]
Qara dənizdə gəmidə yanğın olub, 7 nəfərin axtarışı aparılır
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]