Qazaxıstanda ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edilib
Astana, 7 may, AZƏRTAC
Azərbaycanın Qazaxıstandakı səfirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib. Mərasimdə Azərbaycan diasporunun fəalları, Qazaxıstanın ictimai-siyasi təşkilatlarının nümayəndələri, tanınmış ziyalılar və jurnalistlər iştirak ediblər.
Anma mərasimində səfir Zakir Həşimov, “Nur Otan” partiyasının üzvü Kazbek Kaskenov, Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin sədri Ashad Şakirov, Azərbaycan diasporunun fəalları və digər qonaqlar böyük tarixi şəxsiyyət olan Heydər Əliyevin həyat və fəaliyyətinin ayri-ayrı məqamlarından bəhs edib, ölkələrimiz arasında əməkdaşlığın inkişafındakı xidmətlərini xatırladıblar.
Sonra ümummilli lider Heydər Əliyev haqqında sənədli film nümayiş etdirilib. Mərasim iştirakçıları, həmçinin Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sərgi ilə də tanış olublar.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana