Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxıstanın dəniz qapıları: Aktau limanı Avrasiyanın logistika xəritəsini yenidən çəkir

Qazaxıstanın dəniz qapıları: Aktau limanı Avrasiyanın logistika xəritəsini yenidən çəkir

Astana, 10 aprel, AZƏRTAC

Sürətlə dəyişən geosiyasi şəraitdə Xəzər regionunun Şərqlə Qərbi birləşdirən strateji nəqliyyat qovşağı kimi əhəmiyyəti getdikcə artır. Bunlardan biri nəqliyyat sisteminin əsas elementlərindən olan Qazaxıstanın Xəzər dənizinin şərq sahilində yerləşən Aktau Dəniz Ticarət Limanıdır. “Aktau Dəniz Ticarət Limanı” Milli Şirkəti Səhmdar Cəmiyyətinin Kommersiya şöbəsinin rəisi Anuar Nemışov AZƏRTAC-a müsahibəsində bu limanın beynəlxalq nəqliyyat dəhlizlərində rolu, Azərbaycanla əməkdaşlıq, Xəzər dənizinin dayazlaşmasının limanın fəaliyyətinə təsiri və onun inkişaf perspektivlərindən danışıb.

- Bu gün Aktau limanı regionun logistikasında və beynəlxalq ticarət yollarında hansı rol oynayır?

- Aktau dəniz limanı Xəzər dənizinin şərq sahilində, bir neçə beynəlxalq nəqliyyat dəhlizinin (TITR - Orta Dəhliz, “Şimal-Cənub” marşrutu, TRASEKA) kəsişməsində yerləşir ki, bu da quru yüklərin, xam neftin və neft məhsullarının Şərqdən Qərbə, Şimaldan Cənuba və əks istiqamətdə - Azərbaycan, İran və bütün ilboyu Azərbaycan və Türkmənistan istiqamətində daşınmasına imkan verir.

Aktau dəniz limanı ölkənin qərbindəki nəqliyyat sistemini respublikanın şərqindəki “Dostıq” və “Xorqos” əsas logistika qovşaqları ilə birləşdirir. Limanın bir neçə nəqliyyat dəhlizinin kəsişməsində yerləşməsi dövlətin inkişafı üçün strateji əhəmiyyət kəsb edir.

Yaxın gələcəkdə limanın imkanlarının artırılması Qazaxıstana qlobal strateji proqramlar, xüsusilə də “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində beynəlxalq yük axınlarına xidmətin fəal iştirakçısına çevrilməyə imkan verəcək.

Yükgöndərənlərə qlobal bazara çıxışı təmin edən Aktau və Kurık limanları Qazaxıstanın geniş multimodal nəqliyyat şəbəkəsinin mühüm elementləridir.

Qazaxıstanın ixrac-idxal və tranzit daşımaları sahəsində su nəqliyyatının perspektivləri əsasən müştərilərin istənilən növ yüklərin, o cümlədən konteynerlərin, taxılın, neft məhsullarının, eləcə də əsas və aşırma yüklərin təhlükəsiz və operativ idarə edilməsində tələbatını tam ödəməyə qadir olan Aktau dəniz ticarət limanı ilə bağlıdır.

Aktau limanı ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayır, çünki ixrac-idxal və tranzit yüklərin əsas axınları bu limandan həm Xəzəryanı dövlətlər istiqamətində, həm də uzaq xarici ölkələrə keçir.

- Azərbaycanla dəniz nəqliyyatı və logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi potensialını necə qiymətləndirirsiniz?

- Biz Azərbaycanla dəniz nəqliyyatı və logistika sahəsində əməkdaşlıq potensialını çox yüksək qiymətləndiririk. Hazırda 2022-2027-ci illər üçün Qazaxıstan, Azərbaycan və Türkiyə ərazilərində darboğazların sinxron aradan qaldırılması və Orta Dəhlizinin inkişafı üzrə Yol Xəritəsi icra olunur. Bu sənəd çərçivəsində hər bir tərəf öz ərazisində tədbirlər, infrastruktur layihələri həyata keçirəcək.

Bundan əlavə, “NC Kazakstan Temir Jolı” SC-nin 100 faizlik törəmə logistika şirkəti – “KTZ Express” 200 ədəd konteyner platformasını öz azərbaycanlı həmkarı olan "Azərbaycan Dəmir Yolları" QSC-yə Trans-Qafqaz dəhlizində konteyner daşımalarında istifadə etmək üçün təhvil verib.

- Xəzərin dayazlaşması narahatlıq doğurur. Bu, Aktau limanının fəaliyyətinə nə dərəcədə təsir edir? Yeni şəraitə uyğunlaşmaq üçün hansı tədbirlər görülür?

- Xəzər hövzəsinin sahilyanı dövlətlərinin dəniz limanları üçün onların stabil fəaliyyətini təmin edən əsas amil Xəzər dənizinin səviyyəsidir.

Son 18 il ərzində Xəzər dənizinin səviyyəsində davamlı azalma müşahidə olunur: Aktau limanında suyun səviyyəsi 1,7 metr aşağı düşüb və azalmaqda davam edir. Bu, liman körpülərinin, gəmiçilik marşrutlarının, akvatoriyaların, hidrotexniki qurğuların istismar xüsusiyyətlərinə, habelə naviqasiyanın təhlükəsizliyinə mənfi təsir göstərir.

Bununla əlaqədar olaraq, Aktau limanında quru yük gəmiləri 600-1300 ton, neft tankerləri isə 2000-2500 ton az yüklənir. Gəmilərin yüklənməsinin azalması, şübhəsiz ki, dəniz nəqliyyatının rentabelliyinə təsir edir və yük axınlarının alternativ marşrutlara yönləndirilməsi riskləri yaradır. Naviqasiyanın təhlükəsizliyini və gəmilərin tam yüklənməsini təmin etmək üçün dərinləşdirmə işləri aparılmalıdır.

- Bu gün Aktau limanının əsas ticarət tərəfdaşları hansı ölkələrdir?

- Xəzəryanı ölkələrin - Azərbaycanın (Bakı, Ələt-Hövsan, Səngəçal), İranın (Ənzəli, Əmirabad, Novşəhr, Astara, Kaspiyan), Rusiyanın (Mahaçqala), Türkmənistanın (Türkmənbaşı) limanları əsas ticarət tərəfdaşlarıdır.

- Bakı, Türkmənbaşı və ya Mahaçqala limanları ilə birgə logistika və ya investisiya layihələri varmı?

- Biz ikitərəfli dəniz kommunikasiyaları çərçivəsində Bakı limanı ilə sıx əməkdaşlıq qurmuşuq. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) çərçivəsində müntəzəm konteyner daşımaları həyata keçirilir və Qazaxıstan nefti də Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu ilə ixrac edilir.

Türkmənbaşı limanı ilə konteyner daşımalarının inkişafı ilə bağlı müqaviləmiz var və biz KTK boru kəmərinin yüklənməsi üçün Mahaçqala limanına neft ixrac edirik.

- Hazırda Aktau limanında hansı infrastruktur layihələri həyata keçirilir? Yeni terminallar, tutumların genişləndirilməsi və ya avadanlıqların təkmilləşdirilməsi üçün hər hansı planlar varmı?

- Aktau limanı cari imkanlarını genişləndirməyi, öz ötürmə qabiliyyətini artırmağı planlaşdırır. Bunlara aşağıdakı layihələr daxildir: Aktau limanında konteyner qovşağının tikintisi; Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ilə əlaqədar Aktau limanının sularında və ona yaxınlaşma kanalında dərinləşdirmə işlərinin aparılması; Aktau limanının 12 nömrəli yanalma körpüsünün 3 nömrəli yanalma körpüsünün genişləndirilməsi ilə yenidən qurulması; Aktau limanında daşıma avadanlığı parkının yenilənməsi; neft yükləmə körpülərinin bərpası.

- Xəzər regionu Şərqlə Qərb arasında yeni strateji mərkəzə çevrilirmi? Aktau limanının bu kontekstdə hansı rolu var?

- Dünyada gedən geosiyasi prosesləri nəzərə alaraq, Xəzər regionu karbohidrogenlərin hasilatı və nəqli üzrə dünyanın ən böyük mərkəzlərindən biri kimi sürətlə inkişaf edir, həm də qlobal nəqliyyat qovşağına çevrilir. Malların əsas daşınması Çin və Hindistan ərazisindən Avropa ölkələrinə, həmçinin Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər limanlarına həyata keçirilir.

Bu gün Xəzər dənizində yüklərin avtomobil və dəmir yolu, eləcə də neft kəmərləri ilə sonrakı daşınması üçün inkişaf etmiş infrastruktura və imkanlara malik 12 liman fəaliyyət göstərir. Eyni zamanda, mövcud liman komplekslərinin modernləşdirilməsi və onların potensialının əhəmiyyətli dərəcədə artırılması üçün bütün ilkin şərtlər mövcuddur.

Xəzəri böyük imkanlar və əsl mehriban qonşuluq regionu kimi qəbul edərək nəzərə almaq lazımdır ki, ümumi potensialdan gələcək istifadə və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi perspektivləri Xəzəryanı ölkələr arasında kommunikasiya məsələlərinin həllindən, regionun infrastrukturunun hərtərəfli inkişafından, logistika marşrutlarından birgə və səmərəli istifadədən, habelə investisiyaların cəlb edilməsindən asılıdır.

 
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Kopernikin təhsil aldığı universitetdə Bakının polyak memarlığı nümayiş olunur

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib

“Axios”: ABŞ təyyarələri Vensin İranla saziş imzalayacağı mümkün səfərindən əvvəl Avropaya yola düşəcək

İyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri fəaliyyət göstərməyəcək

Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin ortaq maraqlarının təzahürüdür

La-Manş tunelinin sahibi Böyük Britaniya hökumətinə qarşı hüquqi mübarizəyə başlayacağını açıqlayıb

Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb

Mert Özdeş: İstanbul Bəyannaməsi yeni geosiyasi reallığı dünyaya elan edən kritik sənəddir

BMU və Çinin Pekin Kimya Texnologiya Universiteti birgə fakültə təsis etdi

Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb

Şuşa sakinlərinə tibbi xidmətlər göstərilib

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb

Media nümayəndələri insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiyada iştirak ediblər

® “TuranBank” gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Yunanıstan 2027-ci ilin sonunadək Rusiya qazından tam imtina etməyi planlaşdırır

Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər

NATO: ABŞ-nin Avropadakı hərbi gücünü azaltması Alyansı uzunmüddətli perspektivdə gücləndirəcək

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb

Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub

İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq ediləcək

Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub

Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir

Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

Xüsusi qabiliyyət imtahanlarının keçirilmə qrafiki açıqlanıb

ATMU-da imtahan sessiyası çərçivəsində “Açıq qapı” günü təşkil olunub

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib

TANAP-ın istifadəyə verilməsindən 8 il keçir

Siyasi şərhçi: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə vizyonunu rəsmiləşdirib

İslam mərasimlərinin folklor semantikası: mənəvi kamillik və sosial həmrəylik

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin genişlənməsinə töhfə verməkdədir - Türk jurnalist

Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir

“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib

“Səməd Vurğun poeziyasının dili” mövzusunda elmi sessiya təşkil olunub