“Qəbələ” klubu qış təlim-məşq toplanışına start verib
Bakı, 5 yanvar, AZƏRTAC
“Qəbələ” futbol klubu qış təlim-məşq toplanışına start verib.
AZƏRTAC klubun saytına istinadən xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ötən il dekabrın 15-də keçirilən “Səbail”lə səfər matçından sonra istirahətə buraxılan “qırmızı-qaralar” bir araya gəlib. Roman Qriqorçukun baş məşqçisi olduğu komanda 2017-2018-ci il mövsümünün ikinci yarısına hazırlaşmaq üçün Türkiyəyə yollanacaq. Antalyada baş tutacaq hazırlıq prosesi iki mərhələdən ibarət olacaq.
Komanda yanvarın 17-dək davam edəcək ilk mərhələdə üç yoxlama oyunu keçirəcək. “Qəbələ” yanvarın 10-da Türkiyənin “Akhisar Bələdiyyəspor”, dörd gün sonra Qazaxıstanın “Atırau”, yanvarın 17-də isə İsveçrənin “Sürix” klubu qarşılaşacaq.
Üç günlük istirahətdən sonra yanvarın 21-də yenidən bir araya gələcək “qırmızı-qaralar”ın hazırlıq prosesi fevralın 3-dək davam edəcək. İkinci mərhələdə komandamız dörd yoxlama görüşündə qüvvəsini sınayacaq. Yanvarın 24-də Makedoniyanın “Rabotniçki”, üç gün sonra Rusiyanın “Arsenal”, yanvarın 31-də Çexiyanın “Bohemians” klubu ilə görüşəcək “qırmızı-qaralar” fevralın 3-də Makedoniya “Şkendiya”sı ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]