QƏBƏLƏDƏ “AÇIQ QAPI” GÜNLƏRİ KEÇİRİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, xidmət sahələri, səhiyyə, təhsil, hüquq mühafizə, mədəniyyət orqanları rəhbərlərinin iştirakı ilə keçirilən bu tədbirdə “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Prezident Fərmanından irəli gələn vəzifələr rəhbər tutulur, əhalinin ərizə və şikayətlərinə baxılır, problemlərin həlli üçün görüləcək işlərin planı hazırlanır. Bu cür görüşlər yerli bələdiyyələrdə, iri yaşayış məntəqələrində də keçirilir. Tədbirlər planına, əsasən, əhalinin su probleminin həlli, yeni iş yerlərinin açılması kimi məsələlər daxildir.