Qəbələlilər meşələrdə yanğınların qarşısının alınması yolları barədə məlumatlandırılıblar
Bakı, 24 avqust, AZƏRTAС
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin iştirakı ilə “Ölkə ərazisində meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərinin həyata keçirilməsi üzrə 2023-2025-ci illər üçün birgə fəaliyyət planı” çərçivəsində Qəbələ rayonunun Solquca və Dandıx kəndlərinin icmaları ilə maarifləndirilmə tədbirləri keçirib.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.
Tədbirlərdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının və yerli icra hakimiyyəti nümayəndələri də iştirak ediblər.
Tədbirlər zamanı meşələrdə yanğınların başvermə səbəbləri və onların qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib.
Sonda mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.