“Qəbələ”nin U-11 komandası Türkiyədə ardıcıl beşinci qələbəsini qazanıb
Bakı, 8 noyabr, AZƏRTAC
Türkiyədə təşkil olunan “Limra Cup” beynəlxalq turnirində növbəti qarşılaşmalar keçirilib.
AZƏRTAC xəbər verir ki, “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası iki matçda qüvvəsini sınayıb. “Qırmızı-qaralar” öncə Azərbaycanın digər təmsilçisi “Təhsil”lə üz-üzə gəliblər. Rüstəm Məmmədovun baş məşqçisi olduğu komanda 1:0 hesabı ilə qalib gəlib. Həlledici qolu Ömər Kərimov vurub. Günün digər matçında “Qəbələ” Rusiya “Lokomotiv”i ilə qarşılaşıb. “Qırmızı-qaralar” bu görüşdə də eyni hesabla qələbə qazanıblar - 1:0. Ömər Ağababayevin qolu komandamızın ardıcıl 5-ci qələbəsini rəsmiləşdirib.
Bunadək “Manavqatspor”a 10:0, “BD Spor”a 4:0, “Kəmər Kartalları”na 6:0 hesabı ilə qalib gələn “Qəbələ” xal hesabını 15-ə çatdırıb. Turnirin lideri olan komandamız sonuncu matçını 4 oyunda 12 xal toplayan “Beşiktaş”a qarşı keçirəcək.
Yeddi komandanın iştirak etdiyi turnir dairəvi sistem üzrə təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]