Qırğızıstanın goldenbridgenews.com portalında Şuşanın işğalının 25 illiyi ilə əlaqədar material dərc olunub
Daşkənd, 8 may, АZƏRTAC
Qırğızıstanın goldenbridgenews.com portalı Şuşanın işğalının 25 illiyi ilə əlaqədar rus dilində material yayıb.
Məqalədə qeyd olunur ki, bu gün Azərbaycanın tarixi şəhəri olan Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğal olunmasının 25 ili tamam olur. Şuşa şəhəri bir neçə gün davam edən hücumlardan sonra 1992-ci il mayın 8-də Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə ələ keçirilib. Ermənistan silahlı qüvvələri Şuşaya hücumu və bu şəhərin işğalını Tehranda Ermənistanın və Azərbaycanın ozamankı rəhbərlərinin münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında dinc yolla nizamlanmasına dair razılaşma əldə etdikləri günün gecəsi həyata keçirib.
Bildirilir ki, Qarabağın və Şuşanın tarixi muzeyləri, Üzeyir Hacıbəyli, Bülbül, Mir Mövsüm Nəvvabın ev-muzeyləri, Azərbaycan Xalça Muzeyinin filialı, Gövhər Ağa məscidi dağıdılıb, Xurşidbanu Natəvanın evi yandırılıb.
Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə də məlumat verilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [14:12]
XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq
- 14.10.2026 [13:40]
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
- 13.10.2026 [20:16]
Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib
- 13.10.2026 [19:27]
Laos Prezidenti Milli Məclisdə olub
- 13.10.2026 [17:33]