QIVRAQDA YENİ İDMAN KOMPLEKSİ İNŞA OLUNUR
AZƏRTAC xəbər verir ki, Kəngərli rayonunun mərkəzi Qıvraq qəsəbəsində yeni idman kompleksinin tikintisinə başlanmışdır. Yerli tikinti-quraşdırma idarəsinin inşa etdiyi kompleksdə artıq karkaslar bərkidilir.
Kompleks gənclərin asudə vaxtının səmərəli təşkilində və onların fiziki hazırlığında böyük rol oynayacaq, bölgədə idmanın və bədən tərbiyəsinin inkişafına təkan verəcəkdir.