Qızlardan ibarət həndbol millimiz Avropa çempionatına hazırlıqlarını davam etdirir
Bakı, 28 iyul, AZƏRTAC
On yeddi yaşadək qızlardan ibarət milli həndbol komandamız avqustun 5-dən 13-dək Bakıda keçiriləcək Avropa çempionatına hazırlıqlarını davam etdirir.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırlıq prosesi baş məşqçi Sergey Kambur və köməkçisi Sakinat Abbasovanın rəhbərliyi ilə aparılır.
Gündə bir dəfə olmaqla, hər gün “AHF Arena”da təşkil olunan məşqlər hazırda taktiki-texniki istiqamətdə aparılır.
Qeyd edək ki, millimiz "A" qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq.
“B" qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]