Qlazqo və Aberdində ilk dəfə səyyar konsulluq xidmətləri göstərilib
London, 19 may, AZƏRTAC
Şotlandiyanın Qlazqo və Aberdin şəhərlərində yaşayan azərbaycanlılar üçün ilk dəfə səyyar konsulluq xidmətləri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Londondakı səfirliyinin təşəbbüsü ilə keçirilən tədbirlər 17-18 mayda baş tutub.
Səyyar konsulluq xidməti çərçivəsində soydaşlar pasportların verilməsi və dəyişdirilməsi, qayıdış şəhadətnamələrinin rəsmiləşdirilməsi, vətəndaşlıq və doğumun qeydiyyatı, arayışların verilməsi və konsulluq qeydiyyatı kimi xidmətlərdən yararlanıblar.
Bundan əlavə, vətəndaşların konsulluq-hüquq məsələləri ilə bağlı sualları da cavablandırılıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London