Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qobustan, paxlava, məbədlər: bunlardan hansı biri rusiyalı turistlərin qəlbində iz qoyur

Qobustan, paxlava, məbədlər: bunlardan hansı biri rusiyalı turistlərin qəlbində iz qoyur

Moskva, 30 avqust, AZƏRTAC 

Rusiyadan olan gənclər Bakıya səfərləri zamanı aldıqları təəssüratları jurnalistlərlə bölüşüblər.

Azərbaycan olduqca gözəl ölkədir. Burada qədim məbədlər ən yaxşı müasir memarlar tərəfindən tikilmiş binalarla yanaşı durur. Paytaxtın siması qəribəliyi, eyni zamanda, qədimliklə novatorluğun harmoniyasını əks etdirir. Bu səbəbdən hər kəsin mahiyyətcə öz Bakısı var. Kimi ürəyində Qız qalası haqqında xatirələri ömürlük saxlayır, kimi Ağ şəhər bulvarını xatırlayır, kimi də Heydər Əliyev Mərkəzinin futurizm arxitekturasının böyük təsiri altında qalır.

AZƏRTAC xəbər verir ki, Dövlət Dumasının deputatı Dmitri Savelyevin rəhbərliyi ilə Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun jurnalistləri gənc nəsildən olan turistlər arasında sorğu aparmağı, Azərbaycanın onlar üçün haradan başlamasına və qəlblərində hansı izləri qoymasına aydınlıq gətirməyi qərara alıblar.

Kirill və onun Moskva Dövlət Linqvistika Universitetinin tələbələri olan dostları üçün bu, hər şeydən əvvəl Qobustan idi. Onlar zəmanəyə bürünən daşlara, qədim insanların 6 min qayaüstü təsvirinə baxmaq üçün xüsusi olaraq birlikdə gəliblər. Kirill deyib: “Hər halda bizim həyatımızda vaxt sürətlə keçir, daim vurnuxuruq. Biz bunların keçmişdə necə baş verməsini hiss etmək istədik. Biz qeyri-adiliyə baxmağı xoşlayırıq. Qobustandan başqa qeyri-adiliyi mən hələ ki, az görmüşəm. Burada əbədiyyəti hiss edirsən. Başqa cür heç nə demək olmur”.

Lyudmilanı Bakının memarlığı, xüsusən yeni binalar valeh edib. O deyib: “Mənim atam memardır. Heç vaxt bu sənətə meylim olmayıb, iqtisadiyyat üzrə təhsilimi bitirib bankda çalışıram. Bir dəfə istirahət günlərində ailəmlə Azərbaycana getdik. Həm yaxın idi, həm də baha deyildi. Mən orada başa düşdüm ki, atam xətlərin harmoniyasını müzakirə edəndə nə barədə danışırmış. Mən həmişə gülürdüm, çünki həddən artıq poetik idi. Lakin Heydər Əliyev Mərkəzi - məhz bu, əsl poeziya idi. Yaxud məni özünün ideyası ilə sarsıdan Xalça Muzeyi. Şəhərdə bu dərəcədə maraqlı nə isə tikməkdən ötrü necə də qeyri-standart fikirləşmək lazımdır”. Lyudmila Azərbaycana bir daha sentyabrda gəlmək, şəhəri gecəyarısı seyr etmək fikrindədir. Eyni zamanda, əgər alınarsa, hansısa qoruq-parka baş çəkmək istəyir. Axı, Azərbaycan təbiəti payızda görünməmiş dərəcədə təmtəraqlıdır.

Mark və Olqa hətta bilmirdilər ki, nəyin üzərində dayansınlar: onlar üçün Azərbaycana səfər daha yaddaqalan olub. Çünki söhbət toy səyahətindən gedir. Səfərdən əvvəl onlar çoxsaylı forumlara baxıb, hətta Azərbaycanın tarixi haqqında məqalələr də oxuyublar. Mark gülümsəyərək deyir: “Bir sözlə, biz hazırlıqlı gəlmişdik. Lakin reallıq gözlədiklərimizi ötüb keçdi. Biz fikirləşmirdik ki, hər şey - insanlar da, təbiət də, daim tamaşa etmək istədiyimiz şəhərin özü də bu qədər yaxşı ola bilər. Heydər Məscidi - bu, sadəcə bir fantastikadır. Biz məscidə iki dəfə - gündüz və axşam gəldik. Səmanın fonunda içindən parlayan ağ daş... bu, çox maraqlıdır!”. Olqa Şəhidlər xiyabanından dərin təəssüratla ayrılıb. O deyib: “Şəhid” bizə çox da tanış söz deyil, əslində isə bu, Vətəni uğrunda canından keçən insandır. Orada dəfn edilən insanlar Vətəni müdafiə ediblər. Mənim babam Stalinqrad döyüşlərində həlak olub, özüm oralardanam və bilirəm ki, həm ruslar, həm azərbaycanlılar birgə vuruşublar. Orada onların xatirələrinə nəhəng memorial ucaldılıb. Bax, onlar da şəhid olublar, müqəddəslik uğrunda həlak olublar”.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bildirib ki, hazırda rusiyalı gənclərin dost qonşu ölkə haqqında 5 il bundan əvvələ nisbətən daha çox məlumatı var. “Burada jurnalistlərin işi və ölkə haqqında insanların bir-birinə ötürdüyü məlumatlar özünü büruzə verib. Lakin hər şeydən əvvəl, Azərbaycanın turistlərin ölkəyə cəlb edilməsinə yönələn fəal siyasət aparması faktdır. Burada həm gənclər forumları, həm böyük idman tədbirləri, həm “Jara” festivalı, - Rusiyadan bu musiqi bayramına böyük məmnuniyyətlə gəlirlər, - öz rolunu oynayır. Buna görə də Azərbaycana turist axını artır və hər şeydən əvvəl gənclər hesabına artır. Çünki gənclər daha çevikdir, hər yenilik onlara maraqlıdır və daha rahat əlaqə qururlar”, - deyə D.Savelyev vurğulayıb.

Rusiya-Azərbaycan Dostluğu Mərkəzinin rəhbəri Nataliya Krasovskaya gülərək deyib: “Biz sorğu apararkən məlum oldu ki, ən azından Qız qalası, Dənizkənarı Bulvar, İçərişəhərin küçələri hamının yadında qalıb. Əksəriyyəti təkcə Bakıya deyil, məsələn Qəbələyə, Şəkiyə gedir. Hətta bir cütlük Şəki paxlavasının dadını jestlərlə başa saldı - bəzən insan fikrini sözlərlə ifadə etməkdə çətinlik çəkir. Məlum oldu ki, qastronomik turizm gənclər üçün daha cəlbedici olub. Bu, eyni zamanda, həm adət edilmiş, həm də ekzotik təəssüratlardır. Hər kəs kabab yeyib. Lakin Bakıda hazırlanan kababı hamı yeməyib! Memarlıq, təbiət abidələri, qədim məbədlər - bütün bunlar Rusiyadan olan gənc turistlərdə böyük maraq oyadır. Bu, çox mühümdür: onlar bilirlər ki, hara gedirlər, nəyə baxırlar. Bir çoxları üçün bu, Azərbaycan gözəllikləri haqqında romanın yalnız başlanğıcıdır”.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub

Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib

İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib

BMU-da Milli Qurtuluş Günü qeyd olunub

Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans başlayıb

Xızıda quşların antisanitar şəraitdə kəsildiyi və satışa çıxarıldığı aşkarlanıb