“Qoql evlənmə” tamaşası gələn ilin martında nümayiş etdiriləcəkdir
Bakı, 17 dekabr (AZƏRTAC). Əməkdar İncəsənət Xadimi, rejissor Bəhram Osmanovun hazırladığı “Qoql evlənmə” tamaşasında əsas rollardan birini Xalq Artisti Arif Quliyev ifa edəcəkdir.
A.Quliyev AZƏRTAC-a bildirmişdir ki, tamaşada baş rolda Xalq Artisti Yaşar Nurinin iştirakı nəzərdə tutulmuşdur. Hazırda o, Türkiyədə müalicə olunur. Ümid edirik ki, tamaşanın nümayişinədək onun səhhətində hər şey öz qayadasında olacaq və görkəmli sənətkarımız bu səhnə əsərində baş rolu oynayacaqdır.
A.Quliyev onu da demişdir ki, səhnə əsərində, həmçinin, bir çox tanınmış aktyor və aktrisalar çıxış edəcəklər. Mən də öz növbəmdə bu əsərdə Jevakin rolunu canlandıracağam. Bu obraz çox maraqlıdır. Jevakin keçmiş leytenantdır, ancaq o, evli deyil və ailə həyatı qurmağa can atır.
Tamaşanın nümayişi 2001-ci ilin martında nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2026 [19:05]
Tbilisidə ustad aşıq Hüseyn Saraçlının 110 illiyi qeyd olunub
- 08.05.2026 [18:18]
Handpan ifaçısı: İfa etdiyim melodiyaları ərş adlandırıram VİDEO
- 08.05.2026 [18:01]
Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
- 08.05.2026 [17:54]
Gənc pianoçu Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək
- 08.05.2026 [17:21]
Milli İncəsənət Muzeyində yenilənmiş memorial zalın açılışı olub
- 08.05.2026 [15:43]
Azərbaycan sənədli filmi ABŞ festivalında xüsusi mükafat qazanıb
- 08.05.2026 [15:30]
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun fotoları 3 qızıl medala layiq görülüb
- 08.05.2026 [14:06]