Qurban Qurbanov “Qarabağ”ı ölkə çempionatlarında 500-cü matça çıxarıb
Bakı, 28 oktyabr, AZƏRTAC
“Qarabağ” Qurban Qurbanovun baş məşqçi olduğu dövrdə 500-cü çempionat oyununu keçirib.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XI turuna təsadüf edib. Ağdam klubu yubiley görüşündə “Şamaxı”nı 3:0 hesabı ilə məğlub edib.
17-ci mövsümdür “Qarabağ”ı çalışdıran Qurbanovun debütü 2008-ci il avqustun 9-da “Bakılı” ilə səfər görüşünə təsadüf edib. Həmin qarşılaşmada onun komandası 2:1 hesabı ilə qalib gəlib. Ağdam klubu Qurbanovun baş məşqçi olduğu müddətdə Premyer Liqada 315 qələbə qazanıb, 116 heç-heçə edib və 69 dəfə uduzub.
Qeyd edək ki, Qurban Qurbanov ölkə çempionatları tarixində həm eyni komandada, həm də ümumilikdə ən çox oyun keçirən baş məşqçidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]