Qurban Qurbanov: Qrupdakı rəqiblərimiz ən güclü çempionatların təmsilçiləridir
Bakı, 25 avqust, AZƏRTAC
Hər üç rəqibimiz “TOP-5” ölkələrinin təmsilçiləridir. Bu turnir azarkeşlər və bizim üçün bir təcrübə olacaq. Hər üç komanda ilə bizi maraqlı qarşılaşmalar gözləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ağdamın “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri haqqında danışarkən deyib.
Baş məşqçi bildirib ki, qrupdakı rəqiblərimiz ən güclü çempionatların təmsilçiləridir. Bu turnirdə təcrübə qazanıb əlimizdən gələni etməyə çalışacağıq.
Qeyd edək ki, “Qarabağ” komandası UEFA Çempionlar Liqasının “C” qrupunda İngiltərənin “Çelsi”, İspaniyanın “Atletiko Madrid” və İtaliyanın “Roma” klubları ilə mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]