QUSARDA 43 NƏFƏR İŞLƏ TƏMİN OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi Qusar rayonunda əmək yarmarkası keçirmişdir.
Yarmarkaya 17 müəssisə 311 vakant yer çıxarmışdır. 43 nəfər tələb olunan bütün meyarlara cavab verərək işlə təmin olunmuşdur.
Xatırladaq ki, bu il respublikanın müxtəlif şəhər və rayonlarında keçirilmiş 15 yarmarkada 963 nəfər işlə təmin olunmuşdur.