RABİTƏÇİLƏR CARİ İLİ “ELEKTRON RABİTƏ NAZİRLİYİ” İLİ ELAN ETMİŞLƏR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir Nadir Əhmədov ötən ilin qənaətbəxş göstəricilərlə başa vurulduğunu, lakin bəzi rabitə müəssisələrində nöqsanların və çatışmazlıqların olduğunu vurğulamışdır.
Məlumat verilmişdir ki, keçən il tarif gəlirləri proqnozu, əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi və əsas telefon aparatlarının sayı 104,7-114,8 faiz artmışdır. Ölkə ərazisində elektron ATS-lərin xüsusi çəkisi isə 47,5 faizə çatmışdır. Nazirlik üzrə 452 yeni iş yeri açılmış, dövlət büdcəsinə 93 milyard, Dövlət Sosial Müdafiə Fonduna isə 22 milyard manat vəsait köçürülmüşdür.
İşə laqeyd münasibət bəsləyən və səhlənkarlığa yol verən bəzi müəssisə rəhbərləri ciddi tənqid olunmuşlar.
Kollegiyaya yekun vuran nazir respublika Prezidenti İlham Əliyevin insan amilinin diqqət mərkəzində saxlanılması barədə tövsiyəsini bir daha xatırlatmışdır.
Rabitəçilər 2004-cü ili “Elektron Rabitə Nazirliyi” ili elan etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]
Masallının iki kəndinin yolları təmir olunub VİDEO
- 29.09.2026 [17:20]