“Real Madrid”in oyunu qasırğaya görə təxirə salınıb
Bakı, 31 oktyabr, AZƏRTAC
İspaniya La Liqasının XII turunda keçirilməli olan “Valensiya” – “Real Madrid” oyunu təxirə salınıb.
AZƏRTAC İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəsmi saytına istinadən xəbər verir ki, buna ölkə ərazisində baş verən güclü qasırğa səbəb olub.
Daha əvvəl qarşılaşmanın noyabrın 2-də oynanılması nəzərdə tutulmuşdu.
Əlverişsiz hava şəraitinə görə İspaniya Kral Kubokunu ilkin mərhələsində keçirilməli olan “Parla” - "Valensiya" və "Pontevedra"- "Levante" matçları da təxirə salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]