Rəcəb Tayyib Ərdoğan: “Kaan” qırıcısı ilk uçuşunu ilin sonunadək həyata keçirəcək
Bakı, 28 iyul, AZƏRTAC
Türkiyənin beşinci nəsil “Kaan” qırıcı təyyarəsinin ilk uçuşu 2023-cü ilin sonunda baş tutacaq.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə İstanbulda başa çatan IDEF-2023 beynəlxalq müdafiə sənayesi sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, layihənin reallaşmasında IDEF çərçivəsində müvafiq sazişin imzalandığı Azərbaycan da iştirak edəcək.
“Ümid edirəm ki, üç ay əvvəl anqardan çıxardığımız “Kaan” təyyarəsini ilin sonuna kimi səmada görəcəyik”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, 2017-ci ildə Türkiyədə Milli döyüş təyyarələri proqramı çərçivəsində hazırlanan beşinci nəsil “Kaan” qırıcı təyyarəsinin kütləvi istehsalına 2028-ci ildə başlanması nəzərdə tutulur. O, taktiki-texniki xüsusiyyətlərinə görə ABŞ-ın F-35 təyyarələrini üstələyəcək və ölkənin Hərbi Hava Qüvvələrində istismarda olan F-16 qırıcılarını əvəzləyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]