REGİONAL TİNGLİK TƏSƏRRÜFATI 40 HEKTAR SAHƏNİ ƏHATƏ EDƏCƏK
Hacıqabul rayonunun Kolanı kəndində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni regional tinglik təsərrüfatı yaradılmışdır. Az müddətdə 20 hektara yaxın sahədə əkin aparılmışdır. 5 hektara yaxın sahəyə iydə və çinar ağaclarının toxumları səpilmiş, 15 hektar sahədə isə eldar şamı, küknar və müxtəlif çinar tingləri basdırılmışdır.
Müəssisədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tinglik təsərrüfatı daha 20 hektar sahədə əkin aparmağı nəzərdə tutur. Müəssisə respublikamızda yeni meşələrin salınmasına dair dövlət proqramını həyata keçirməkdən ötrü tinglik bazası funksiyasını yerinə yetirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]
Masallının iki kəndinin yolları təmir olunub VİDEO
- 29.09.2026 [17:20]