Respublika Şahmat Mərkəzinə direktor təyin edilib
Bakı, 2 noyabr, AZƏRTAC
Respublika Şahmat Mərkəzinə direktor təyin edilib.
AZƏRTAC xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə bu vəzifə Elşən Məmmədova həvalə olunub.
E.Məmmədov yeni təyinatadək Qusar Olimpiya İdman Kompleksinə iki il rəhbərlik edib.
Daha əvvəl isə o, 23 ilədək bir sıra mətbu orqanlarda müxbir və redaktor kimi çalışıb. 2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalına, 2016-cı ildə isə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin idman jurnalisti" adına layiq görülüb.
E.Məmmədov, eyni zamanda, İdman Araşdırmalar Mərkəzinin rəhbəri kimi ardıcıl 10 dəfə "İlin Qalibləri" layihəsini, həmçinin şahmat, minifutbol və voleybol üzrə Zəfər Kuboku turnirlərini təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]