Respublikanın çaylarında sululuq artmışdır
Bakı, 10 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, may ayının birinci ongünlüyünün sonunda yağışlar nəticəsində dağ çaylarında sululuq artmışdır.
Hazırda Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 75-105, Quba-Xaçmazda 60-110, Lənkəran-Astarada 55-135, Kiçik Qafqazda 100-110, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 950 kubmetr olmuşdur.
Kürün Surra məntəqəsində suyun səviyyəsi 722, Şirvanda 621, Bankədə 366, Salyanda 530, Araz çayının Novruzlu məntəqəsində isə 458 santimetr olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:13]
COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO
- 09.09.2026 [12:50]
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar
- 09.09.2026 [12:31]