CƏMİYYƏT
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət məlum olub
Nazirlikdən AZƏRTAC-a bildirdilər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 65 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər çox olmaqla 90 m3/s və ongünlük normanın 74 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 2.1 m3/s olmaqla, ongünlük normanın 3 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici dəfələrlə çox olmaqla 77 m3/s təşkil edərək ongünlük normanın 112 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 4, Salyanda 2, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 10 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 311, Şirvanda 143, Salyanda 75, Bankədə 182, Araz çayının Novruzlu məntəqəsində isə 33 santimetr təşkil edir.