Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət müəyyənləşib
Nazirlikdən AZƏRTAC-a bildirdilər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 88 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 2.53 m3/s olmaqla, ongünlük normanın 3 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 1, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində 4 santimetr azalma, Salyanda isə suyun səviyyəsində 11 santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 303, Şirvanda 151, Salyanda 96, Bankədə 203, Araz çayının Novruzlu məntəqəsində isə 34 santimetr təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]