Reuters: Nigerdə hərbçilər prezident iqamətgahını bloklayıb
Bakı, 26 iyul, AZƏRTAC
Nigerdə Prezident Qvardiyasının bir qrup əsgəri dövlət başçısının paytaxt Niamey şəhərində yerləşən ofisinə gedən yolları bağlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Agentlik yaşayış sahəsinin də bloklandığını bildirir.
Agence France-Presse agentliyinin məlumatına görə, bununla belə, prezident iqamətgahının yerləşdiyi ərazidə hərbi texnika yoxdur, şəhərdə atışma eşidilməyib. Jeune Afrique jurnalı isə regiondakı hərbi mənbəyə istinadla yazır ki, prezident Mohamed Bazum sayı məlum olmayan qiyamçılar tərəfindən saxlanılıb.
Eyni zamanda, prezidentə yaxın başqa bir mənbə iddia edir ki, Bazum “sağ-salimdir” və hazırda hərbçilərlə “danışıqlar aparır”. Nigerdə baş verənlərin çevriliş cəhdi ola biləcəyi barədə də xəbərlər yayılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]