Reznikov: Qərb müttəfiqləri 2023-cü ildə Ukraynaya silah yardımını davam etdirəcək
Kiyev, 6 yanvar, AZƏRTAC
Qərb müttəfiqləri 2023-cü il ərzində Ukraynaya silah yardımını davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri Ukraynanın müdafiə naziri Aleksey Reznikov telemarafonun efirində söyləyib.
"Əsas odur ki, tərəfdaşlarımız Ukraynaya dəstəyi sistemli və sabit şəkildə görürlər. Bu gün tərəfdaşlarımız artıq öz istehsalçıları ilə müqavilələr imzalayıb, onların müdafiə sənayesi artıq öz yolundadır və ən əsası, bu tədarüklər ilboyu dinamik olacaq. Mənim tərəfdaşlarımızdan təminatım var”, - deyə Reznikov vurğulayıb.
Nazirin sözlərinə görə, Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (Ramştayn formatında) növbəti görüşündə 2023-cü ildə Ukraynaya silah tədarükü planları da müzakirə olunacaq. Tədbirin tarixi razılaşdırılır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:03]
Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]