Rumıniyada koronavirusa yoluxanların sayı 29-a çatıb
Buxarest, 12 mart, AZƏRTAC
Rumıniyada koronavirusa yoluxanların sayı 29-a çatıb. Ölkə ərazisində xəstələrin sayı birdən-birə 17-dən 29-a yüksəlib.
AZƏRTAC xəbər verir ki, xəstələrin əksəriyyəti İtaliyadan Rumıniyaya gələn koronavirusa yoluxmuş bir şəxslə kontaktda olublar.
Hazırda paytaxt Buxarestdə 8 nəfər xəstəxanaya yerləşdirilib. Timişoara, Kluj, İyaş və Krayovaya da virusa yoluxanlar qeydə alınıb. Ümumilikdə, 107 nəfər karantinə alınıb. Ölkə ərazisindəki bütün məktəblərdə martın 22-nə kimi tətil elan olunub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:14]
Qara dənizdə gəmidə yanğın olub, 7 nəfərin axtarışı aparılır
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]