RUSİYA ANCAQ LİVANIN BƏYƏNDİYİ QƏTNAMƏNİ DƏSTƏKLƏYƏCƏK
Rusiya səfiri avqustun 7-də BMT TŞ-nin məsləhətləşmələri başa çatdıqdan sonra öz ölkəsinin mövqeyini belə izah etmişdir: “Bizə aydındır ki, Livan tərəfi üçün əlverişli olmayan belə layihə qəbul edilməməlidir, çünki o, münaqişənin və zorakılığın ancaq davam etdirilməsinə gətirib çıxaracaqdır”.
Çurkinin sözlərinə görə, TŞ-nin üzvləri qətnamənin layihəsini Livan hökuməti üçün daha məqbul etmək məqsədi ilə intensiv səylər göstərir, görüşlər və məsləhətləşmələr keçirirlər.
Rusiya nümayəndəsi vurğulamışdır ki, qətnamənin Fransa və ABŞ tərəfindən hazırlanmış layihəsinin qəbul edilməsində “başlıca maneə” İsrail qoşunlarının Livandan çıxarılması məsələsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:14]
Qara dənizdə gəmidə yanğın olub, 7 nəfərin axtarışı aparılır
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]