Rusiya Prezidenti Ukraynada bütün cəbhə boyu atəşkəs elan olunması barədə tapşırıq verib
Moskva, 5 yanvar, AZƏRTAC
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya yanvarın 6-da saat 12:00-dan yanvarın 7-də saat 00:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsi barədə göstəriş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
V.Putin Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin müraciətini nəzərə alaraq müdafiə nazirinə belə tapşırıq verib.
Rusiya Prezidenti döyüş əməliyyatları rayonlarında pravoslav əhalinin yaşadığını nəzərə alaraq, Ukrayna tərəfini atəşkəs rejimi elan etməyə və əhalinin Milad bayramı ilə əlaqədar ayinlərdə iştirakına şərait yaratmağa çağırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:14]
Qara dənizdə gəmidə yanğın olub, 7 nəfərin axtarışı aparılır
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]