Rusiyada koronavirus xəstələrinin 22 faizində heç bir simptom olmayıb
Moskva, 30 mart, AZƏRTAC
Rusiyada koronavirus infeksiyası aşkar edilmiş pasiyentlərin 22 faizində xəstəliyin simptomları olmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Federal Agentliyinin rəhbəri Anna Popova məlumat verib. O deyib ki, Rusiyada infeksiyaya yoluxanların təxminən 1100 nəfəri digər ölkələrdən gəlmiş, öz ailə üzvlərini və həmkarlarını yoluxdurmuş vətəndaşlardır.
A.Popovanın sözlərinə görə, koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin 63 faizində kəskin respirator virus infeksiyası, 14 faizində pnevmoniya əlamətləri qeydə alınsa da, 22 faizində ümumiyyətlə heç bir əlamətlər olmayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [14:45]
Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib
- 14.10.2026 [14:36]
Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər
- 14.10.2026 [14:33]