“Sabah” klubu üç futbolçu ilə müqavilə imzalayıb
Bakı, 20 iyul, AZƏRTAC
“Sabah” klubu daha 3 futbolçu ilə münasibətlərini rəsmiləşdirib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, müdafiəçilər - Elvin Bədəlov, Eltun Turabov və Məqsəd İsayevlə ikiillik müqavilə bağlanıb.
Hər 3 futbolçunun forma nömrələri də müəyyənləşib. E.Bədəlov 3, E.Turabov 33 və M.İsayev isə 19 nömrəli formada çıxış edəcəklər.