Sabah ölkə ərazisində hava yağmursuz olacaq
Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-21°, gündüz 26-30° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Temperaturun gecə 15-20°, gündüz 28-33° isti, dağlarda gecə 10-15°, gündüz 23-28° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq, zəif şərq küləyi əsəcək. Temperaturun gecə 14-19°, gündüz 29-34° isti olacağı ehtimalı var.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-15°, gündüz 23-28° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək. Temperaturun gecə 15-20°, gündüz 27-32° isti olacağı ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman,
şərq küləyi əsəcək. Temperaturun gecə 14-19°, gündüz 26-31° isti olacağı ehtimalı var.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaq, zəif şərq küləyi əsəcək. Temperaturun gecə 17-19°, gündüz 26-31° isti, dağlarda gecə 10-15°, gündüz 23-27° isti olacağı gözlənilir.