Sabah Zabrat qəsəbəsinə suyun verilişi məhdudlaşdırılacaq
Bakı, 10 aprel, AZƏRTAC
Zabrat qəsəbəsini içməli su ilə təchiz edən xətdə aparılacaq təmir işləri ilə əlaqədar aprelin 11-də saat 10:00-dan axşam saatlarına qədər qəsəbəyə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) AZƏRTAC-a bildirilib ki, işlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:10]
Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb
- 29.09.2026 [13:34]