CƏMİYYƏT
Sabaha olan hava proqnozu açıqlanıb
Bakı, 3 sentyabr, AZƏRTAC
Sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 28-33° isti olacağı gözlənilir. Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx və Sahildə 25-26° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava şəraiti əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 30-35° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 31-36° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-22°, gündüz 29-34° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.