“Sabah”ın almaniyalı hücumçusu: Yüksək pillələrdə qərarlaşmağa imkan verən potensialımız var
Bakı, 30 oktyabr, AZƏRTAC
“Düşünürəm ki, “Neftçi”yə qarşı son oyunda yaxşı çıxış etdik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sabah”ın hücumçusu Coy-Lens Mikels Misli Premyer Liqasının XI turunda “Neftçi” ilə qolsuz heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
O, “ağ-qaralar”la matçda üstün tərəf olduqlarını bildirib: “Bir neçə qol fürsətimiz olsa da, bunu dəyərləndirə bilmədik. Qalib gəlməli olduğumuz matç idi. Təəssüf ki, alınmadı. Bu, futboldur. Bəzən meydanda üstün tərəf olsan da, bunu hesabda əks etdirə bilmirsən. Bu görüşü unudub, qarşıdakı matçlara köklənməliyik”.
30 yaşlı forvard komandasının hədəflərinin hər zaman yüksək olduğunu söyləyib: “Mümkün olduğu qədər yüksək pillələrdə qərarlaşmaq istəyirik. Komandanın buna imkan verən potensialı var. İnanıram ki, mövsümün sonunda turnir cədvəlində ilk sıralarda olacağıq və avrokuboklara vəsiqə əldə edəcəyik”.
Növbəti turda “Sumqayıt”a qarşı keçirəcəkləri görüş barədə də danışan Mikels deyib: “Biz hər oyuna 3 xal üçün çıxırıq. Bu matç da istisna olmayacaq. "Sumqayıt" yaxşı komandadır. Bizi çətin səfər görüşü gözləyir. Amma dediyim kimi, hər oyunda qələbəni hədəfləyirik. İnanıram ki, bu matçdan 3 xalla ayrılaraq, azarkeşlərimizi sevindirəcəyik”.
Qeyd edək ki, “Sabah” Premyer Liqada 10 oyundan sonra topladığı 17 xalla 5-ci pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]