Sabit Rəhmanın yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb
Bakı, 26 mart, AZƏRTAC
Görkəmli dramaturq, ssenarist, Əməkdar incəsənət xadimi, Azərbaycan komediyasının banilərindən biri Sabit Rəhmanın 115 illik yubileyi münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Sabit Rəhman - 115” adlı elektron məlumat bazası və eyniadlı virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, bazada Sabit Rəhmanın həyat və yaradıcılığı haqqında geniş məlumat, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin “Düşündürən komediyalar müəllifi” adlı məqaləsinin tam mətni təqdim edilir. Özündə Azərbaycan və rus dillərində məlumatları cəmləşdirən bazada görkəmli dramaturqun müəllifi olduğu əsərlərin, romanların, povest, oçerk, hekayə və məqalələrin siyahıları, tərcümələri, sözlərinə yazılmış notlar, librettolar, haqqında yazılan avtoreferatlar yer alır.
Elektron bazada “Filmoqrafiya”, “İzonəşrlər”, “Foto və videoqalereya” ilə yanaşı, Sabit Rəhmanın ədəbi fəaliyyətinə həsr edilən virtual kitab sərgisi də təqdim olunur. Materiallarda dramaturqun gənclik illəri, ədəbi fəaliyyəti haqqında geniş məlumat verilir, əsərlərinin motivləri əsasında ekranlaşdırılan kino və tamaşalardan fraqmentlər sərgilənir. Kitabxananın rəsmi saytında yerləşdirilən virtual kitab sərgisində Sabit Rəhmanın müəllifi olduğu və onun haqqında qələmə alınan kitabların qısa annotasiyası nümayiş etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2026 [20:21]
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər
- 03.07.2026 [19:50]
Bakıda Əli bəy Hüseynzadəyə həsr olunmuş sərgi açılıb
- 03.07.2026 [18:49]
Niyazinin mənzil-muzeyində növbəti klassik musiqi gecəsi
- 03.07.2026 [17:54]
Bursada “Xarıbülbül” xor qrupunun konserti təşkil olunub
"Zirə" yeni qapıçı transfer edib
- [20:15]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Siyasətdə yeni dövr TƏHLİL
- [18:36]