Şahbaz Xuduoğlu: Sərgidə 20 mindən çox kitab təqdim etmişik
Bakı, 10 oktyabr, Samir Behbudov, AZƏRTAC
VIII Bakı Beynəlxalq Kitab Sərgisində “Qanun” nəşriyyatı olaraq 20 mindən çox kitab təqdim etmişik. İş günlərindən fərqli olaraq, həftə sonu sərgiyə daha böyük axın və maraq var. Endirimli qiymətlərlə ictimaiyyətə təqdim olunan əsərlər mütaliə mədəniyyətinin formalaşdırılmasına və inkişafına böyük xidmət göstərir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu söyləyib.
Onun sözlərinə görə, bu yarmarka nəticəsində 5 gün ərzində Azərbaycanda kitab dünyası öz bayramını qeyd edib.
“Ümid edirəm ki, növbəti illərdə biz artıq daha geniş yerlərdə yarmarkalar keçirəcəyik. Builki sərgidə əvvəlki illə müqayisədə daha çox ziyarətçi iştirak edib. Bu, çox sevindirici haldır. Kitab sərgi-yarmarkalarının və ədəbi görüşlərin tez-tez keçirilməsinə hər zaman ehtiyac var”, - deyə Ş.Xuduoğlu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2026 [19:05]
Tbilisidə ustad aşıq Hüseyn Saraçlının 110 illiyi qeyd olunub
- 08.05.2026 [18:18]
Handpan ifaçısı: İfa etdiyim melodiyaları ərş adlandırıram VİDEO
- 08.05.2026 [18:01]
Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
- 08.05.2026 [17:54]
Gənc pianoçu Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək
- 08.05.2026 [17:21]
Milli İncəsənət Muzeyində yenilənmiş memorial zalın açılışı olub
- 08.05.2026 [15:43]
Azərbaycan sənədli filmi ABŞ festivalında xüsusi mükafat qazanıb
- 08.05.2026 [15:30]
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun fotoları 3 qızıl medala layiq görülüb
- 08.05.2026 [14:06]