Şahin Bayramov: Qarabağ Universitetinin 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi etməsi qürurvericidir
Xankəndi, 11 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu gün Qarabağ Universiteti, Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə 7-ci Türkoloji Yay Məktəbinə start verilib. Qürurverici haldır ki, Qarabağ Universiteti belə bir beynəlxalq tədbirə ev sahibliyi edir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.
“Xankəndidə belə bir tədbirin keçirilməsi Türk dünyasında elmi fəaliyyətlərin sürətlənməsi, Türk dünyasını təmsil edən alimlər arasında birgə elmi tədqiqatların aparılması üçün gözəl bir fürsətdir. Qarabağ Universiteti Türk dünyasını təmsil edən universitetlərlə, elmi qurumlarla beynəlxalq əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Hesab edirik ki, start verdiyimiz yay məktəbi bu istiqamətdə atılan ən önəmli addımlardandır. Yay məktəbinin Xankəndidə Qarabağ Universitetinin ev sahibliyi ilə keçirilməsi bu məktəbə bir başqa dəyər qatır”, - deyə Şahin Bayramov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:34]
Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]