ŞAHMAT ÜZRƏ DÜNYA ÇEMPİONU BAKIYA GƏLİR
Bakı, 5 may (AZƏRTAC). Mayın 5-də gecə şahmat üzrə dünya çempionu Vişvanatan Anand Bakıya gələcək. “Hindistan pələngi” dünya yığma komandası ilə Azərbaycan yığma komandası arasında yoldaşlıq görüşündə iştirak edəcəkdir.
Azərbaycan Şahmat Federasiyasının mətbuat katibi Tural Baxışov bildirmişdir ki, Ananddan əvvəl Bakıya dünyanın vitse-çempionu rusiyalı Vladimir Kramnik gələcəkdir. Dünya yığma komandasının tərkibinə daxil edilmiş iki digər şahmatçı - Aleksey Şirovun (İspaniya) və Sergey Karyakinin (Ukrayna) isə Azərbaycan paytaxtına mayın 6-da gəlməsi gözlənilir.
Qeyd edək ki, Azərbaycanla dünya yığma komandaları arasında şahmat yarışı ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Bakıda “Prezident kuboku” çərçivəsində mayın 7-də keçiriləcəkdir. Bu görüşdə Azərbaycanın şərəfini Vüqar Həşimov, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Qadir Hüseynov və Rauf Məmmədov qoruyacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]