ŞAHMAT ÜZRƏ LİNARES TURNİRİNDƏ 12 TUR OYNANILMIŞDIR
Bakı, 6 mart (AZƏRTAC). İspaniyada keçirilən şahmat üzrə ənənəvi Linares superturnirinin 12-ci turun oyunları keçirilmişdir. Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu turda kubalı Lenier Dominguez Perezlə heç-heçə oynamışdır. 12 turdan sonra Aleksandr Qrişuk 7 xalla liderliyini qoruyub saxlamaqdadır. Teymur Rəcəbovun isə 5,5 xalla 8 şahmatçı arasında 7-ci pillədə qərarlaşmışdır.
Həmyerlimiz 13-cü turda norveçli Maqnus Karlsenlə qarşılaşacaqdır. Yarışın qalibi martın 7-də məlum olacaqdır.
Superturnirin mükafat fondu 314 min ABŞ dollarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]