Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatında Xanım Balacayeva liderliyini qoruyub
Bakı, 12 mart, AZƏRTAC
Martın 11-də qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının yeddinci turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, bu turda Gülnar Məmmədova ilə heç-heçə edən turnir cədvəlinin lideri Xanım Balacayeva liderliyini qoruyub.
Ondan yarım xal geri qalan Gülnar Məmmədova ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, yeddi turun nəticəsinə görə, X.Balacayeva 5,5, G. Məmmədova 5, G.Beydullayeva, Türkan Məmmədyarova 4,5, Z.Məmmədyarova 4, Ayan Allahverdiyeva, Ülviyyə Fətəliyeva, Xəyalə Abdulla 2,5, Səbinə Rzalı, Mələk İsmayıl 2 xal qazanıblar.
Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]