Salyanda balıqçını elektrik cərəyanı vurub
Salyan, 17 mart, AZƏRTAC
Salyanda balıqçını ov edən zaman tilovun elektrik naqilinə ilişməsi nəticəsində cərəyan vurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında Salyan rayonu Yenikənd ərazisində qeydə alınıb. Lənkəran sakini Orxan Babayev kənd ərazisində Anazığlı adlandırılan kollektorda balıq ovu edərkən tilov elektrik naqilinə ilişib və cərəyan həmin şəxsi vurub. Orxan Babayev Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:41]
Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub
- 16.06.2026 [17:19]
Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır
- 16.06.2026 [13:57]