Salyanda marketdə saxta spirtli içkilər aşkarlanıb
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonu, Ələt-Astara magistral yolunun 60-cı kilometrliyində fəaliyyət göstərən Süleymanov Sərxan Qurbanəli oğluna məxsus “Ay Store” marketdə yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı iaşə obyektində 8 ədəd 1 litrlik, 3 ədəd 0,7 litrlik və 8 ədəd 0,5 litrlik “Platinum Vısota” əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb.
Məhsullardan nümunələr götürülərək laborator müayinələrə verilib.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və saxta spirtli içkilərin satışa çıxarılmasının qarşısı alınıb.
Araşdırmalar davam etdirilir.